Modern.az

Ziyafət Əsgərov enerji içkiləri ilə bağlı NARAHATDIR

Ziyafət Əsgərov enerji içkiləri ilə bağlı NARAHATDIR

Aktual

30 Sentyabr 2019, 13:20

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin iclasında enerji içkilərindən söz açıb. Modern.az xəbər verir ki, Z.Əsgərov enerji içkiləri ilə bağlı problemlərin olduğunu deyərək, maarifləndirmə işlərinin aparılmasını vacib sayıb:

“Keçən dəfə bir məktəbdə idim. Gəlib mənə sual verirdilər ki, Ziyafət müəllim, enerji içkiləri niyə ziyandır?”.

O qeyd edib ki, enerji içkilərinin ziyanlı olması haqqında maarifləndirmə işləri aparılmalıdır.

Xatırladaq ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva da enerji içkilərinin zərərlərindən söz açıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...