Modern.az

Milli Məclisin qanunvericilik işləri planı təsdiqləndi

Milli Məclisin qanunvericilik işləri planı təsdiqləndi

Aktual

30 Sentyabr 2019, 13:42

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin qanunvericilik işləri planı müzakirəyə çıxarılıb. Modern.az xəbər verir ki, işlər planına Azərbaycan Respublikası Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri daxildir. Bundan başqa, payız sessiyasında dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri, “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında”, “Peşə birlikləri haqqında”, “Sosial sifarişlər haqqında”, “Daxili qoşunlar haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Texniki tənzimləmə haqqında”, “Lombardlar haqqında”, “Qida təhlükəsizliyi haqqında”, “Ali təhsil haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Turizm haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihələri, o cümlədən bir sıra qanunlara dəyişiklik sənədləri daxildir.
İşlər planı səsverməyə çıxarılaraq qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı