Milli Məclisin deputatı Aqil Abbas parlamentin bugünkü clasında polisə əlavə səlahiyyət verilməsini təklif edib. Modern.az xəbər verir ki, deputat ölkədə tiyəsi 4 santimetrdən artıq olan bıçaq gəzdirməyin qadağan olunduğunu xatırladıb.
“Polisə səlahiyyət vermək lazımdır ki, şübhələndiyi şəxsi küçədə saxlaya bilsin, üstünü yoxlasın ki, bıçaq var ya yox...
Polis də kimisə saxlayanda, mətbuat ayağa qalxmasın ki, belə hallar baş verir. Belə olan halda, bıçaqlaşma da, ölüm halları da olmayacaq. 4 santimetrdən kiçik olan bıçaqlar ölümə səbəb olmur”,-deyə A.Abbas bildirib.