Yeniyetmələr məişət zorakılığına qarşı mübarizə ilə bağlı maarifləndirilib.
Modern.az xəbər verir ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək ictimai birliyi "Məişət zorakılığının mənfi nəticələrinin aradan qaldırılmasına dəstək" layihəsi çərçivəsində ilk təlimini həyata keçirib. Abşeron rayonu Qobu qəsəbəsində fəaliyyət göstərən Ağdam 32 saylı tam orta məktəb kollektivinin, yuxarı sinif şagirdlərinin, valideyinlərin iştirakı ilə keçirilən tədbir Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə baş tutub.
İştirakçılara ekspert -Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin baş məsləhətçisi Sevinc Məmmədova tərəfindən məişət zorakılığının mənfi fəsadları izah edilib, psixoloq məsləhəti və tövsiyyələr verilib. Tədbirin sonunda təlim iştirakçılara məlumatlandırıcı bukletlər təqdim edilıb və onları maraqlandıran suallar cavablandırılıb.