Modern.az

Tərtərdə 52 yaşlı kişi itkin düşüb

Tərtərdə 52 yaşlı kişi itkin düşüb

Aktual

1 Oktyabr 2019, 23:34

Tərtər rayonunda məskunlaşan məcburi köçkün itkin düşüb.

Modern.az "Report"a istinadən xəbər verir ki, rayonun Çaylı qəsəbəsində müvəqqəti məskunlaşan 1967-ci il təvəllüdlü Rizvan Nəriman oğlu Mirzəliyev bir neçə gün əvvəl evdən çıxaraq geri qayıtmayıb. Bu səbəbdən qohumları onun axtarışına başlayıblar.

R.Mirzəliyevin itkin düşməsi barədə Tərtər Rayon Polis Şöbəsinə məlumat verilib. Polis şöbəsində R.Mirzəliyev barədə əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı