Modern.az

Ümit Ozat Azərbaycan klubu ilə danışıq apardığını təsdiqlədi

Ümit Ozat Azərbaycan klubu ilə danışıq apardığını təsdiqlədi

Aktual

2 Oktyabr 2019, 11:47

Son günlər adı "Sabah"la hallanan türkiyəli məşqçi Ümit Ozat məsələyə aydınlıq gətirib.


Modern.az Qol.az-a istinadən xəbər verir ki, o, Bakı klubu ilə danışıq apardığını təsdiqləyib. 


Qeyd edib ki, "Sabah"a keçidi mümkündür: "Azərbaycanın "Sabah" klubu ilə sıx təmasımız oldu. Bizim də bəzi gözləntilərimiz var. Hətta "Sabah"ın oyunlarını da izlədim. Bu işlər Türkiyədə dərhal gerçəkləşir, amma ölkə xaricində bir günə həll olunmur.  "Sabah"la ötən həftə danışığımız olmuşdu. Doğru seçim etmək lazımdır. Azərbaycanın da doğru ölkə olduğunu düşünürəm. "Hatayspor"dan heç bir təklif alamamışam".

Qeyd edək ki, Ü.Ozat son olaraq "Adana Demirspor"u çalışdırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı