Modern.az

Afət Fərmanqızı Azərbaycandan küsüb Dubaya GEDİR

Afət Fərmanqızı Azərbaycandan küsüb Dubaya GEDİR

Aktual

2 Oktyabr 2019, 12:57

Nəsiminin “Sığmazam” qəzəlini hind mahnısı ilə sintez edib toylarda oxuyan müğənni Afət Fərmanqızı Azərbaycandan gedir...

 

Modern.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb. İddia olunur ki, Nəsiminin qəzəlinə oxuduğu ifaya görə sərt reaksiyalarla qarşılaşan Afət Fərmanqızı küsərək, Azərbaycanı tərk etmək qərarına gəlib.

Xanım müğənninin  Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə yerləşməyi qərarlaşdırdığı da xəbərdə qeyd olunur.

 

O da bildirilir ki, müğəni əvvəllər də Bakı-Dubay reysinin yolçusu olub. Yalan-gerçək qeyd olunur ki, Afət Fərmanqızı hətta Dubaydakı məşhur otellərdən biri ilə anlaşma əldə edib ki, orada mütəmadi konsertlər versin.

Modern.az-ın əməkdaşı deyilənlərə müğənninin özünün reaksiyasını öyrənməyə çalışıb, amma buna nail ola bilməyib. Telefon zənginə cavab verən müğənni sualı eşidən kimi qapadıb...

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı