Modern.az

Lerikdə yeni tibb məntəqəsi istifadəyə verildi - FOTO

Lerikdə yeni tibb məntəqəsi istifadəyə verildi - FOTO

Aktual

2 Oktyabr 2019, 18:02

Lerik rayonunun Cəngəmiran kəndində yeni tibb məntəqəsi istifadəyə verilib.  

 

Modern.az-ın məlumatına görə, Lerik rayonunun Cəngəmiran kəndində USAID-in maliyyə vəsaiti, Azərbaycan Hökumətinin dəstəyi, yerli bələdiyyə və icma üzvlərinin töhfəsi ilə tikilən yeni tibb məntəqəsinin açılışı olub.

 

Tədbiri çıxış sözü ilə açan Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov kənd camaatını yeni tibb məntəqəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib. Ətraf kəndlərdə yaşayan sakinlərin də səhiyyə ehtiyaclarını ödəmək qabiliyyətinə malik olan məntəqədən 4000 nəfərə yaxın insanın yararlanacağını bildirib. İcra başçısı sakinlərlə növbəti dəfə kənddə yeni məktəbin açılışında görüşmək arzusunda olduğunu qeyd edib.

 

Açılışda Azərbaycan dilində çıxış edən ABŞ-ın Azərbaycandakı Səfirinin müavini Maykl Dikerson rayona gəlişinin onun üçün əlamətdar olduğunu, ilk dəfə paytaxtdan kənara məhz Lerikə səfər etdiyini bildirib. O, qeyd edib ki, 1617 nəfər sakini olan Cəngəmiranda USAID və Azərbaycan Hökuməti tərəfindən dəstəklənən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsi öz güclərini birləşdirərək yerli və regional hökumət qurumları ilə çalışdılar. Nəticədə iki həkim otağı, bir müayinə və bir gözləmə otaqlarından ibarət olan yeni tibb məntəqəsi kənd sakinlərinin istismarı üçün inşa edilib. O, qeyd edib ki, layihənin ümumi dəyəri 47088 manatdır.

 

Maykl Dikerson Lerikin Piran kəndində yaxın zamanlarda bal emalı müəssisəsinin də açılışının olacağını bildirib. Yeni müəssisə Piran kəndi ilə yanaşı 40-dan çox kəndin arıçıları üçün istismara veriləcək. Onun sözlərinə görə, USAID-in SEDA layihəsi çərçivəsində yerli sakinlərin istəkləri nəzərə alınmaqla gələcəkdə həm səhiyyə, həm də kənd təsərrüfatı sahələrində yeni proyektlərə imza atılacaq. Bu vaxta qədər isə USAID və İqtisadiyyat Nazirliyinin əməkdaşlığı çərçivəsində Azərbaycan üzrə 120 kənddə 300000-dən çox insanın faydalandığı 160 layihə həyata keçirilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı