Modern.az

İtkin düşən tələbə tapıldı

İtkin düşən tələbə tapıldı

Aktual

2 Oktyabr 2019, 21:14

Azərbaycan Dillər Universitetinin 11 gün əvvəl itkin düşən II kurs tələbəsi Əsədulla Cəfərov tapılıb.

Modern.az  xəbər verir ki, bu barədə tələbənin atası Əfqan Cəfərov “Qafqazinfo”ya bildirib. Ə.Cəfərov bu barədə çox danışmaq istəmədiyini deyib. O qeyd edib ki, oğlunu görənlər olub və polislər artıq onun yerini müəyyənləşdirib, sabah görüşəcəklər.

Xatırladaq ki, Əsədulla 1500 manat təhsil haqqını ödəyə bilmədiyi və I kursdan kəsiri olduğu üçün evi tərk etmişdi.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı