"KXDR tərəfindən yeni ballistik raketin buraxılması BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur".
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib.
Xatırladaq ki, KXDR bu gün səhər ballistik raketi şərq istiqamətində buraxıb. Raket Yaponiyanın eksklüziv iqtisadi zonası daxilində olan Simane prefekturasından 350 km məsafədə düşüb.
"Əlbəttə ki, raketin buraxılması narahatlıq doğurur. Və ballistik raketin buraxılması Təhlükəsizlik Şurasının qətnaməsinin növbəti pozuntusudur", - deyə S.Dyujarrik bildirib.
O əlavə edib ki, bu həftənin sonunda ABŞ-KXDR danışıqları iş səviyyəsində yenidən baş tutacaq:
"Baş katib ümid edir ki, tərəflər bu danışıqları gücləndirməyə, ABŞ və KXDR-in 12 iyun 2018-ci il tarixli birgə bəyannaməsinin icrasında irəliləyişə nail olmaq üçün çalışacaqlar".