Modern.az

Türkiyə səfirindən Qarabağ açıqlaması: "Bu istiqamətdə yaxından əməkdaşlıq edirik"

Türkiyə səfirindən Qarabağ açıqlaması:

Aktual

3 Oktyabr 2019, 11:49

“Biz bir millət, iki dövlətik. Məhz buna görə də Dağlıq Qarabağda Azərbaycana aid mədəniyyət abidələrin məhv edilməsi Türkiyənin mədəniyyət abidələrinin məhv edilməsi, dağıdılması deməkdir”.

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Türkiyənin Bakıdakı səfiri Erkan Özoral bildirib.

Dağlıq Qarabağda Azərbaycana aid abidələrin məhv edilməsinin beynəlxalq cinayət sayıldığını qeyd edən səfirin sözlərinə görə, həm Türkiyə, həm də Azərbaycan UNESCO başda olmaqla hüquqi müstəvidə buna qarşı mübarizə aparır.

"Biz bu istiqamətdə yaxından əməkdaşlıq edirik”, - deyə E.Özoral bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı