Modern.az

"Şuşa işğal olunanda tapançanı önümə qoydum, ancaq özümü öldürə bilmədim" - Tahir Kərimli

Aktual

3 Oktyabr 2019, 17:22

İctimai Televiziyanın efirində yayımlanan "3D" layihəsinin növbəti qonağı Milli Məclisin deputatı Tahir Kərimli olub.

Modern.az xəbər verir ki, Tahir Kərimli "Dadaş Dadaşlinski"nin suallarına özünəməxsus şəkildə cavab verib.

O, ay adlarının milliləşməsindən, himnin qısaldılması barədə təklifindən, iqtidar-müxalifət görüşündən, müxalifət daxilində yaşanan parçalanmalardan, eyni zamanda, bu yaxınlarda deputat vəsiqəsini girov qoyaraq borc alması ilə bağlı istefa verən Rafael Cəbrayılovdan danışıb.

Deputat həmçinin, özünü öldürmək istəyi barədə sualı da səmimi cavablandırıb və bu hadisənin tarixçəsini nəql edib: "Şuşa gedəndə girdim otağıma, tapançanı qoydum önümə, ancaq nə qədər çalışsam da, özümü öldürə bilmədim". 

Tahir Kərimlinin bu və ya digər fikirləri ilə aşağıdakı videodan tanış ola bilərsiniz:

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı