Prezident İlham Əliyev Sabir Hacıyevə “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Modern.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, qanunvericiliyin inkişafı sahəsində xidmətlərinə görə Sabir Kamal oğlu Hacıyevə Azərbaycan Respublikasının “Əməkdar hüquqşünas” fəxri adı verilsin.
Qeyd edək ki, Sabir Hacıyev Milli Məclisin 88 saylı Göyçay seçki dairəsindən deputatı, Vətəndaş Birliyi Partiyasının sədridir. Bu günlərdə onun 65 yaşı tamam olur..