İtaliyanın Triest şəhərində polis bölməsinin önündə atışma baş verib.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, iki nəfər polis idarəsinə daxil olaraq içərdəkilərə atəş açıb. Atışma nəticəsində iki polis əməkdaşı ölüb, daha 3-ü yaralanıb. Silahlı şəxslərdən biri öldürülsə də, digəri hadisə yerindən qaçıb.
Hazırda polis atışmanın baş verdiyi ərazini mühasirəyə alıb.