Oktyabrın 30-da İraqın paytaxtı Bağdadda keçirilən etirazlar zamanı ən azı dörd nəfər naməlum snayperlər tərəfindən öldürülüb.
Modern.az-ın məlumatına görə, bu barədə "AFP" agentliyi bildirib.
Məlumata əsasən, iki mülki şəxs və təhlükəsizlik qüvvələrindən iki nəfər həlak olub. Əlavə məlumat verilmir.
Qeyd edək ki, İraqda oktyabrın 1-də yoxsulluq, işsizlik və korrupsiyaya etiraz olaraq hökumət əleyhinə nümayişlər başlayıb.