Modern.az

İtaliyada iki polis əməkdaşı öldürüldü

İtaliyada iki polis əməkdaşı öldürüldü

Aktual

5 Oktyabr 2019, 09:16

İtaliyanın şimalındakı Triest şəhərində baş verən atışma nəticəsində iki polis əməkdaşı həlak olub.

 

Modern.az-ın məlumatına görə, bu barədə "RaiNews 24" xəbər portalı bildirib.

Məlumata əsasən, atışma şəhər kvesturası (polis şöbəsi) qabağında olub.

 

Atışma nəticəsində 5 polis və hücum edən şəxsin qardaşı yaralanıb. İki polis əməkdaşı, 34 yaşlı Pyerluici Rotta və 31 yaşlı Matteo De Meneqo həlak olub.

Atəş açan şəxs və onun qardaşı həbs edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı