Modern.az

Oljas Süleymenov imzalı kitablarıni Günay Əfəndiyevaya bağışladı

Oljas Süleymenov imzalı kitablarıni Günay Əfəndiyevaya bağışladı

Aktual

5 Oktyabr 2019, 09:56

Oktyabrın 4-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Türk Dünyasının tanınmış yazıçısı, şair, alim və ictimai xadimi Oljas Süleymenov ilə görüş keçirilib.

Modern.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonağı salamlayaraq şairin əsərlərinin hər zaman Azərbaycanda böyük sevgi ilə qarşılandığını və onun bütün dövrlərdə yüksək vətəndaş mövqeyini, türk xalqlarının müstəqillik yolunda apardığı mübarizəyə, eləcə də Dağlıq Qarabağla bağlı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə öz dəstəyini nümayiş etdirdiyini bildirib. G.Əfəndiyeva türkdilli xalqların ortaq tarixə, mədəniyyətə, adət-ənənələrə malik olduqlarını qeyd edərək bildirib ki, yazıçının əsərləri tək Qazaxıstana deyil, bütövlükdə Türk dünyasına xas xüsusiyyətləri, mənəvi dəyərləri özündə ehtiva edir.

Oljas Suleymenov öz növbəsində yüksək inkişaf dinamikasında olan Azərbaycanın günü-gündən tərəqqi etdiyini, çiçəkləndiyini qeyd edib. Türkdilli xalqlar arasında həmrəyliyin çox mühüm bir yer tutduğunu bildirən şair, Fondun bu əlaqələrin gücləndirilməsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib. O, həmçinin Fondla olan əməkdaşlığın gələcəkdə daha da möhkəmlənməsindən məmnun olacağını ifadə edib.

Daha sonra qonaqlarla birgə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun video-çarxı izlənmiş və məhşur yazıçının bununla bağlı fikirləri dinlənilib. Görüşdə Türk Şurasının Baş Katibinin müavini Qismət Gözəlov və Qazaxıstandan gələn qonaqlar da iştirak edib. Oljas Süleymenov öz imzalı kitablarıni  Fonda bağışlayıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı