Modern.az

Ərdoğan Suriyadakı əməliyyat barədə: “Bu gün, sabah başlayacaq”

Ərdoğan Suriyadakı əməliyyat barədə: “Bu gün, sabah başlayacaq”

Aktual

5 Oktyabr 2019, 13:49

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada təhlükəsizlik zonası yaratmaq əməliyyatının yaxın günlərdə başlayacağını istisna etməyib.

 

Virtualaz.org bildirir ki, Prezident müvafiq açıqlamanı şənbə günü Ankarada A Haber-də çıxışı zamanı verib.

“Suriyada təhlükəsizlik zonası yaratmaq suriyalıların evlərinə qayıtmaları üçün ən ağıllı bir yoldur. Biz qərara gəldik ki, müstəqil hərəkət edək. Bu əməliyyatı həm yerdə, həm də havadan həyata keçirəcəyik. Ola bilsin, bu gün ya da sabah başlayacağıq", - deyə Türkiyə lideri vurğulayıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!