Modern.az

İran Prezidenti Bakıya gəlir

İran Prezidenti Bakıya gəlir

Aktual

21 Oktyabr 2019, 11:26

İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.

Modern.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi mətbuat konfransında deyib.

A.Musəvinin sözlərinə görə, İran Prezidenti və Xarici İşlər naziri dost ölkədə rəsmilərlə görüşəcək və Qoşulmama Hərəkatının iclasında iştirak edəcəklər.

Qeyd edək ki, 25-26 oktyabrda Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək.


Leyla ŞAH

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı