Modern.az

ABŞ, Rusiya və Avropanın müharibədən sonrakı taleyi müzakirə olunub 

ABŞ, Rusiya və Avropanın müharibədən sonrakı taleyi müzakirə olunub 

Aktual

Bu gün, 13:56

Əbu-Dabidə ABŞ, Ukrayna və Avropa nümayəndələri müharibədən sonra Avropanın təhlükəsizliyinə dair təminatları müzakirə ediblər.

Modern.az xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff üçtərəfli danışıqlardan əvvəl keçirilən görüşün yekunları barədə açıqlamasında bildirib.

Onun sözlərinə görə, müzakirələr tərəflərin ortaq məqsədlərini və Avroatlantik məkanda təhlükəsizliyə sadiqliyini əks etdirən birgə iş formatında aparılıb.

Görüş iştirakçıları Ukrayna üçün təhlükəsizlik təminatlarının formalaşdırılmasının vacibliyini vurğulayıblar. Uitkoff qeyd edib ki, Avropa tərəfi NATO-nun kollektiv müdafiənin əsas elementi olacağını bildirib.

ABŞ nümayəndəsi təhlükəsizlik məsələləri üzrə müzakirələrin digər Avropa ölkələrinin də cəlb olunması ilə davam etdiriləcəyini əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması