Modern.az

İstirahət günlərinin yol QƏZALARI: 5 ölü

İstirahət günlərinin yol QƏZALARI: 5 ölü

Aktual

21 Oktyabr 2019, 11:31

 

2019-cu il oktyabr ayının 18-dən 20-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat  açıqlanıb.   

   

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  Respublikanın daxili işlər orqanları tərəfindən, 2 gün ərzində törədilmiş 26 cinayətin üstü “isti izlər”lə açılıb.  

 

Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.    

 

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölüb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı