Oktyabrın 20-də saat 17 radələrində Ağdaş rayonunun Bulaqotağı kəndi ərazisində kənd sakini R.Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən Ağdaş şəhər sakini Əlibala Məmmədovu vurub.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə zamanı velosipedçi Yuxarı Şirvan kanalına yıxılıb.
Ə.Məmmədovun meyiti sudan çıxarılıb.
Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.