Modern.az

Şəmkirdə 2 avtomobil toqquşdu: xəsarət alan var

Şəmkirdə 2 avtomobil toqquşdu: xəsarət alan var

Aktual

13 Noyabr 2019, 21:57

Şəmkir şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  "Report"a istinadən xəbər verir ki, qəza şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb.

Belə ki, iki minik avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Akay Məhərrəmov xəsarət alıb. Yaralı təcili yardımın köməyi ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır