Modern.az

Əli Əhmədov: “YAP üzvləri belə qərara gəlib ki, parlament dəyişsin”

Əli Əhmədov: “YAP üzvləri belə qərara gəlib ki, parlament dəyişsin”

Aktual

28 Noyabr 2019, 15:17

"Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan dövləti və cəmiyyəti üçün mühüm qərar qəbul edib".

 

Modern.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov söyləyib. O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən mühüm islahatlar aparılır:

 

"2019-cu il ərzində Prezidentin təşəbbüsü və imzaladığı sərəncamlarla əhəmiyyətli sosial layihələr həyata keçirilib. Ölkə başçısının islahatları cəmiyyətdə müsbət qarşılanır. Azərbaycanda hakimiyyətin iki qolunda - icra hakimiyyətində və məhkəmə hakimiyyətində mühüm islahatlar keçirilib". 

 

Ə.Əhmədovun sözlərinə görə, YAP üzvləri belə qərara gəlib ki, Prezidentin islahatları qanunverici hakimiyyətdə də əksini tapsın.

"YAP-ın Siyasi Şurası qərara aldı ki, Azərbaycan parlamentinin də yenilənməsi, müasirləşməsi də islahatlar prosesinə aid edilsin. Buna görə də parlamentin buraxılmasına dair Prezidentə müraciət ünvanlanıb. Parlamentdə YAP- ı təmsil edən deputatlar qərara gəldilər ki, Milli Məclisə müraciət ünvanlansın. Güman edirəm ki, parlament rəhbərliyi bunu nəzərə alıb, Milli Məclisin plenar iclasında məsələni müzakirəyə çıxaracaq".

 

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada