Modern.az

Arif Rəhimzadədən Milli Məclisin buraxılmasına ETİRAZ

Arif Rəhimzadədən Milli Məclisin buraxılmasına ETİRAZ

Aktual

2 Dekabr 2019, 15:42

Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Milli Məclisin buraxılması ilə bağlı qərar layihəsinə etiraz edib.

 

Modern.az xəbər verir ki, spikerdən təkidlə söz alan A.Rəhimzadə bildirib ki, qərarda yer alan “Milli Məclisin bu tərkibdə işləməsi mümkünsüzdür” sözləri doğru deyil:

 

"Məgər biz indiyədək parlamentdə elə bir şərait yaratmışıq ki, "krizis” yaranıb? Bir tərəfdən deyirsiniz ki, sosial şəbəkələrdə ədalətsiz fikirlər yayılır, digər tərəfdən özümüz belə müraciət qəbul edirik. İndi biz deyirik ki, yox, biz bacarmamışıq, pis işləmişik, gəlin bunu buraxaq. Buraxaq yox, yazmalıyıq ki, növbədənkənar seçkilərə gedək”.

 

O.Əsədov isə A.Rəhimzadəyə “Görünür, siz əvvəlki çıxışları dinləməmisiniz. Heç kəs deməyib ki, bacarmamışıq. Əks təqdirdə parlament 1700 qərar və qanun qəbul edə bilərdimi?”, - deyə cavab verib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı