Modern.az

"Formula 1"in keçmiş sahibinin qızı qarət olundu

Aktual

17 Dekabr 2019, 00:37

"Formula 1"in keçmiş sahibi Beni Ekklstounun qızı Tamara Ekklstounun mənzili qarət olunub.

Modern.az  "Report"a  istinadən  xəbər verir ki, oğrular Tamaranın evinə girərək zinət əşyalarını aparıblar. Ümumi ziyanın məbləği 67 milyon dollar qiymətləndirilir.

Hadisə vaxtı evin sahibi İngiltərənin paytaxtı Londonda Milad tətillərində olub. Oğrular da məhz bundan yararlanıblar. Onlar mənzilə bağdan girərək, üzük, sırğa, "Cartier"dən 107 min dollarlıq bilərzik götürüblər.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı