Modern.az

Bakıda Qətərin Milli Müstəqillik günü qeyd olunub

Bakıda Qətərin Milli Müstəqillik günü qeyd olunub

Aktual

17 Dekabr 2019, 11:08

Bakıda Qətər Əmirliyinin Milli Müstəqillik günü qeyd olunub. Modern.az-ın xəbərinə görə, Qətərin Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə rəsmi qəbul keçirilib. Tədbirdə Qətərin Əmirliyinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Feysal Bin Abdullah əl-Hinzab, Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, dövlət və hökümət nümayəndələri iştirak ediblər.
Mərasimdə qonaqları salamlayan səfir Feysal Bin Abdullah ölkəsinin bugünkü inkişafından danışıb. Səfir bildirib ki, dövlətinin qazandığı uğurların təməlində daxili işlərə qarışmamaq, münaqişələrin və ixtilafların həllində dialoqa əsaslanma, insan hüquqlarının qorunması kimi məsələlərin təşkil etdiyi uğurlu xarici siyasət dayanır.

“Qətər dövləti inanır ki, insan kapitalına yatırım ölkənin əsl sərvətidir və buna görə də, həyatın tələblərinə uyğun savadlı və bacarıqlı nəslin hazırlanmasını öz prioritotetlərindən hesab edir.
Qətər iqtisadiyyatı bu gün regionda ən güclü və beynəlxalq aləmdə ən perspektivli iqtisadiyyatlardan hesab edilir. Qətər 2022-ci ildə keçiriləcək futbol üzrə  Dünya Çempionatına ev sahibliyi etmək üçün bir çox nəhəng layihələrin vaxtından əvvəl həyata keçirilməsinə yönəlmiş işlər görüb və bütün bu işlərin görülməsi iqtisadiyyatın şaxələndirilməsi nəticəsində mövcud olub”.


Tədbirin Qətər-Azərbaycan əlaqələrinin yaradılmasının 25-ci ildönümünə təsadüf etdiyini söyləyən diplomat vurğulayıb ki, bu münasibətlərin inkişafında Qətər dövlətinin əmiri, əlahəzrət Şeyx Təmim bin Hamad bin Xəlifə Al Tani və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük rolu var.


“Qətər səfiri kimi vəzifəmin icrasına başladığım qısa zaman ərzində iki dost ölkə arasındakı əlaqələri bütün sahələrdə möhkəmləndirmək və inkişaf etdirmək mənim diplomatik fəaliyyətimin əsas məğzini təşkil edir.

Həm Qətər dövlətində, həm də Azərbaycan Respublikasında məsul şəxslərin istəkli olmasından çıxış edərək, hər iki ölkənin mənafeyinə müvafiq olaraq, bu əlaqələrin daha da inkişaf və tərəqqi edəcəyinə əminəm”, - səfir deyib.


Azərbaycanın Fövqəladə Hallar  naziri Kəmaləddin Heydərov Qətərin qısa müddət ərzində regionda özünə layiqli yer tutmasından və insan kapitalına olan yatırımdan məmnunluğunu vurğulayıb. Nazir daha sonra əlavə edib ki, Qarabağ münaqişəsinin həlli məsələsində Qətər dövləti Azərbaycanın haqlı mövqeyini birmənalı şəkildə dəstəkləyir.
Nazir bu mötəbər gün münasibətilə bütün Qətər xalqını təbrik edib.


Leyla ŞAH

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı