Modern.az

Baş nazirdən yeni qərar: Məmur olmaq istəyənlər qayını və baldızı haqqında məlumat verməlidirlər

Baş nazirdən yeni qərar: Məmur olmaq istəyənlər qayını və baldızı haqqında məlumat verməlidirlər

Aktual

26 Dekabr 2019, 10:10

Nazirlər Kabineti “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na dəyişiklik edib.

 

Modern.az məlumatına görə, bu dəyişikliklərə əsasən, bundan sonra dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etməli olan vətəndaş qayınları və baldızları haqqında da məlumatları ərizə formasına daxil edəcək.

 

İndiyədək bu formada vətəndaş yalnız öz ailə vəziyyəti və yaxın qohumları olan ata, ana, qardaş, bacı, arvadı (əri), uşaqları, qayınata, qayınana haqqında məlumat verirdi.

 

Bu qaydaya edilən digər dəyişikliklə vətəndaş şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat verərkən fərdi identifikasiya nömrəsini (FİN) də qeyd edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı