Modern.az

Sabir Rüstəmxanlı dairəsini DƏYİŞDİ

Sabir Rüstəmxanlı dairəsini DƏYİŞDİ

Aktual

26 Dekabr 2019, 11:20

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə partiyanın sədri Sabir Rüstəmxanlının namizədliyini irəli sürüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, onun namizədliyi VHP Siyasi Şurasının qərarı ilə 61 saylı Neftçala seçki dairəsindən irəli sürülüb və VHP Seçki Qərargahının üzvləri, səlahiyyətli nümayəndələri tərəfindən müvafiq sənədlər Dairə Seçki Komissiyasına təqdim edilib. 

 

Artıq VHP Mərkəzi Seçki Qərargahının Neftçala seçki bürosu yaradılıb. Seçki qərargahı dünəndən fəaliyyətə başlayıb. Yaxın günlərdə isə imza toplama kampaniyasına başlanılacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı