Modern.az

Ağcabədidə qadınlar kişini döydü - polis araşdırmaya başladı 

Ağcabədidə qadınlar kişini döydü - polis araşdırmaya başladı 

Aktual

26 Dekabr 2019, 15:23

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Ağcabədi rayonunda iki qadının küçənin ortasında kişini döyməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır.

 

Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

 

Qeyd edək ki, sosial şəbəkələrdə Ağcabədi rayonunda iki qadın və bir kişinin küçənin ortasında Kommunal Təsərrüfat Birliyinin işçisini döyməsi ilə bağlı görüntülər yayılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı