"La Liqa tarixinin ən çox qol vuran oyunçusu adına sahib olmaq xüsusi bir hissdir. Bu, qırdığım ən yaxşı rekordlardan biridir".
Modern.az xəbər verir ki, bunu İspaniyanın "Barselona" futbol klubunun kapitanı, argentinalı ulduz futbolçu Lionel Messi deyib.
O, yerinə yetirdiyi cərimə zərbələri barədə də danışıb.
"Son vaxtlar cərimə zərbələrini daha çox izləyirəm: qapıçının yerindən tərpənməsi, irəli və ya geri addım atması, reaksiyası, canlı səddin nə şəkildə qurulması və s. İndi bunun üzərində daha çox çalışıram. Cərimə zərbəsini yerinə yetirmək üsulunu məşqlərdə öyrəndim.
Bir dəfə Eto mənə "sən qollar vurmağa başlayacaqsan" demişdi. Çünki əlimə kifayət qədər şanslar düşürdü. Bundan sonra məndə hər şey alındı. Vurduqlarım çox vaxt qol olurdu. Bununla belə meydana çıxanda diqqətimi sırf qol vurmağa deyil, oyuna yönəldirəm", - deyə Messi bildirib.
Qeyd edək ki, Lionel Messi "Barselona" ilə La Liqada 600 qolun vurulmasında iştirak edib. O, 465 oyunda 432 qol vurub, 168 məhsuldar ötürmə edib.
T.İSMAYIL