Modern.az

“O, bizi daha yaxşı məşqçi olmağa vadar edir” - Joze Mourinyo

“O, bizi daha yaxşı məşqçi olmağa vadar edir” - Joze Mourinyo

Aktual

26 Dekabr 2019, 19:56

"Messiyə qarşı "Çelsi", "İnter" və "Real Madrid"in baş məşqçisi kimi oynamışam. Hər birində də fərqli yanaşma və məqsədlərlə. Bəzən qalib gəlmək, bəzən məğlub olmamaq, hesabı dəyişmək və ya hesabı saxlamaq üçün. Komandanın oyununu şifrələmək, rəqibin necə əziyyət çəkməsini anlamağa çalışana qədər, Messini dayandırmaq üçün artıq gec olur".

 

Modern.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri portuqaliyalı məşqçi Joze Mourinyo söyləyib.

 

"Messi möcüzədir və eyni zamanda dramatik birisidir. Qeyri-adidir. O, bizi düşünməyə, təhlil, analiz etməyə, qərar verməyə və bizi daha yaxşı məşqçi olmağa vadar edir. Qısaca, Messi bütün məşqçiləri inkişaf etdirir, o, ən yaxşıdır", - deyə Mourinyo bildirib.

 

T.İSMAYIL

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı