Modern.az

Əziz Ələkbərov Saatlıda seçicilərlə görüşüb

Əziz Ələkbərov Saatlıda seçicilərlə görüşüb

Aktual

30 Yanvar 2020, 09:55

Bu gün 62 saylı Saatlı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Əziz Ələkbərovun Saatlı rayon Mədəniyyət Mərkəzində seçicilərlə görüşü keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə rayon ictimaiyyəti, ziyalılar və Bakıdan gələn qonaqlar iştirak etmişlər.

 

Yeni Azərbaycan Partiyasının Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

 

Tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının və yeni müstəqil Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda həyatını itirmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edənlər – Əziz Ələkbərovun elmi, ictimai fəaliyyətindən, şəxsi keyfiyyətlərindən bəhs ediblər.

 

Əslən Saatlıdan olan, Bakı şəhərində Kardiologiya İnstitutunun professoru Tofiq Cahangirov Əziz Ələkbərovun elmi fəaliyyəti ilə tanış olduğu üçün onun Saatlı rayonunu uğurla təmsil edəcəyinə inandığını və şəxsən ona dəstək olmaq üçün Bakıdan gəldiyini bildirib.

 

Sonra söz namizəd Əziz Ələkbərova verilmiş, o, çxış edərək öz seçki platformasından bəhs etmiş, seçiciləri fevralın 9-da keçiriləcək seçkilərdə fəal iştirak etməyə çağırmışdr. O, əgər seçiciləri ona etimad göstərərsə, o bu etimadı əməli fəaliyyəti ilə doğruldacağı barədə seçicilərə söz verib.

 

Rayonun müxtəlif kəndlərdən gələn seçicilər Saatlıların artıq seçimlərini etdiklərini, 9 fevral tarixində elliklə seçkilərə gəlib, Yeni Azərbaycan Partiyasının namizədi Əziz Ələkbərova səs verəcəklərinə qətiyyətlə bildiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı