Modern.az

Məşhur Məmmədov Masallıda görüşlərini davam etdirir - FOTOLAR

Məşhur Məmmədov Masallıda görüşlərini davam etdirir - FOTOLAR

Aktual

30 Yanvar 2020, 12:45

70 saylı Masallı şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının VI çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizədi Məşhur Məmmədov təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.

 

Modern.az xəbər verir ki, yanvarın 29-da  YAP Masallı rayon təşkilatı aparatında  deputatlığa namizəd Məşhur Məmmədovun seçicilərlə növbəti görüşü keçirilib.

 

Görüşü YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açıb. O qeyd edib ki, yeniliklərin olması çox yaxşıdır:

 

“Biz sevinirik ki, Yeni Azərbaycan Partiyası Məşhur Məmmdəvovun namizədliyini irəli sürüb. Məşhur Məmmədov Masallının hər tərəfini yaxından tanıyır”.

 

Görüş zamanı Məşhur Məmmədov ölkədə aparılan islahatlardan tutmuş quruculuq işərinə qədər seçicilərinə məlumat verib.

 

Daha sonra Əyyub Mehdiyev, Rəhimə Şahmirzəyeva, Mehdi Orucov, Şahüseyn Hüseynov, Ələkbər Dadaşov və başqaları çıxış edərək ölkədə eləcə də Masallıda dövlət başçısının tapşırığı əsasında görülən işlərdən danışıblar. Seçicilər belə bir namizədi deputat seçəndən sonra  gözləntilərini də dilə gətiriblər:

 

“Biz istəyirik ki, Milli Məclisdə Masallını Məşhur Məmmədov təmsil etsin. Səsimizi ona verəcəyik”.

 

Sonda seçicilərin hər biri artıq seçimlərini etdiklərini və fevralın 9-da Məşhur Məmmədova səs verəcəklərini xüsusi qeyd ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı