Modern.az

Səfir: “7 azərbaycanlı Çindən Türkiyəyə təxliyə edilir”

Səfir: “7 azərbaycanlı Çindən Türkiyəyə təxliyə edilir”

Aktual

30 Yanvar 2020, 13:06

Azərbaycan tərəfinin istəyi ilə Çində yaşayan azərbaycanlılar Türkiyə vətəndaşları ilə birgə təxliyə ediləcək.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.

 

Səfir bildirib ki, Çində yayılan koronavirusla bağlı Türkiyə 35 vətəndaşını oradan təxliyə edəcək:

 

"Ölkə onlar üçün təyyarə göndərməyi planlaşdırır. Bizdə olan məlumata görə, orada yaşayan 6-7 nəfər Azərbaycan vətəndaşı da türkiyəlilərlə birgə təyyarə ilə Türkiyəyə gətiriləcək və lazım olan tədbirlər görüləcək".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı