Modern.az

Lalə Abbasova Xaçmazda görüşlərini davam etdirir - FOTOLAR

Lalə Abbasova Xaçmazda görüşlərini davam etdirir - FOTOLAR

Aktual

30 Yanvar 2020, 19:01

55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizəd Lalə Abbasova yenə də seçicilərlə bir araya gəlib.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd Lalə Abbasova dünən Xaçmaz rayonunun Qaraqurdlu və Çarxı kəndlərində görüşlərini davam etdirib.

 

Deputatlığa namizəd Xaçmaz bazarında insanlarla görüş keçirib. Görüş zamanı seçicilər bir çox məsələlərə toxunub.

 

Daha sonra Çarxı kəndinə yollanan deputatlığa namizəd Lalə Abbasova qadınların iştirakı ilə məsciddə görüş keçirib. Hətta Lalə Abbasova seçicilərlə görüşlərini məsciddə də keçirib. Kənd camaatı bəzi məsələləri dilə gətiriblər. Onlar su və artezan quyuları ilə bağlı problemlərinin olduğunu deputatlığa namizədin diqqətinə çatdırıblar. 2 artezan quyusunun quraşdırılmasına söz verilsə də, yalnız birinin vurulduğunu deyiblər. Yol və sosial problemlərin olmasından danışan seçicilər örüş problemlərinin olmasını da vurğulayıblar. Heyvandarlıqla məşğul ola bilmədiklərini söyləyiblər.

 

Lalə Abbasova deputat seçiləcəyi təqdirdə onların problemlərini aidiyyatı qurumlar qarşısında qaldiracagina söz verib. Çıxış edən deputatlığa namizəd seçicilərin diqqətinə onu da çatdırıb ki, artıq cənab prezident kənd yollarının asfaltlanmasi barədə göstəriş verib.

 

Daha sonra Lalə Abbasova Xaçmazın mərkəzini gəzib. Seçicilərin çoxu onu tanıdıqlarini və yenidən onu deputat görmək istədiklərini bildiriblər. Sonda hər bir seçici Lalə Abbasovaya səs verəcəklərini xüsusi qeyd ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı