Modern.az

Çində koronavirusdan ölənlərin sayı artır

Çində koronavirusdan ölənlərin sayı artır

Aktual

30 Yanvar 2020, 20:56

Çində koronavirusun (2019-nCoV) törətdiyi yeni tip pnevmoniyaya yoluxanların sayı artır.

Modern.az xarici mediaya istinadən xəbər verir ki,  bu gün axşam saatlarına olan məlumata görə,  8152 nəfər virusa yoluxub.

Virusdan  ölənlərin sayı isə 171-ə çatıb.

Yoluxanların və xüsusilə də ölənlərin böyük əksəriyyəti xəstəliyin yayılmağa başladığı ölkənin Hubey əyalətində (müvafiq olaraq 4,9 min və 162 nəfər) qeydə alınıb.

Həmçinin Jecianq əyalətində 428, Quanqdonq əyalətində 354, Henan əyalətində 278, Hunan əyalətində 277 və Anhui əyalətində 200 nəfər bu virusa yoluxub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı