Modern.az

Azərbaycanda 100 əcnəbi saxlanıldı

Azərbaycanda 100 əcnəbi saxlanıldı

Aktual

31 Yanvar 2020, 11:28

Son həftə ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 100 əcnəbi saxlanılıb.

 

Modern.az-a bu barədə DMX mətbuat katibliyindən bildirilib. Məlumatda qeyd olunub ki, saxlanılanlardan 10-nun qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi, 1-nin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 89 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyənləşdirilib.

Miqrasiya qanunvericiliyini pozan 81 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

 

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada