Modern.az

Xırdalanda su olmayacaq

Xırdalanda su olmayacaq

Aktual

31 Yanvar 2020, 12:10

Abşeron rayonunun Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsi müvəqqəti dayandırılacaq.

"Azərsu" ASC-dən Modern.az-a verilən məlumata görə, Xırdalan şəhərində yeni çəkilmiş içməli su şəbəkəsinə birləşmələrin verilməsi və köhnə xətlərin ləğvi ilə əlaqədar 31 yanvar 2020-ci il tarixində gün ərzində şəhərin 26-cı məhəlləsinə və Quşçuluq massivi adlanan ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zəngəzurla bağlı təcili xəbər! Dəhliz açılır - Proses başladı