Bakı-Pirşağı-Bakı elektrik qatarlarının reysləri artırılır.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dan Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, fevralın 3-dən Bakı-Pirşağı-Bakı elektrik qatarları yeni cədvəl üzrə hərəkət edəcək:
“Sərnişindaşımaya artan tələbatı təmin etmək məqsədilə, həmin istiqamətdə hərəkət edən qatarların sayı artırılacaq. Bir istiqamətdə 15 qatar olmaqla, hərəkət qrafikində dəyişiklik ediləcək. Hazırda isə gün ərzində bir istiqamətdə cəmi 8 qatar hərəkətdədir”.
Cədvəli bu linkdən yükləyə bilərsiniz: