69 saylı Cəlilabad-Biləsuvar-Masallı Seçki Dairəsindən deputatlığa namizəd Kazımov Səid Mirkazım oğlu seçki kampaniyasını uğurla davam etdirməkdədir.
Modern.az xəbər verir ki, deputatlığa namizəd Səid Kazımov seçicilərlə növbəti görüşlərini seçki dairəsinin Masallı rayonu ərazisindəki Köhnə Alvadı, Təzə Alvadı, Həsənli və Meşəkənarı kəndlərində keçirib. Seçicilər tərəfindən çox mehribanlıq və səmimiyyətlə qarşılanan Səid Kazımov seçicilərin problemlərini, üzləşdikləri çətinliklərini dinləyib, onların həyat şəraiti yaxından tanış olub. Seçicilər əsasən kənd yolları, qazlaşdırma, işsizlik, əkdikləri məhsulların bazara çıxarılmasında üzləşdikləri problemləri dilə gətiriblər. Seçicilər ölkə başçısının həyat keçirdiyi genişmiqyaslı iqtisadi-sosial, kadr islahtlarini, xüsusən də gənc kadrların irəli çəkilməsi siyasətini birmənalı olaraq dəstəklədiklərini bəyan ediblər.
Seçkiöncəsi platformasından danışan S.Kazımov namizədliyini irəli sürdüyü dairəsini bütün problemlərinə yaxından tanış olduğunu və onun həlli yolları istiqamətində proqramının olduğunu da bildirib. O qeyd edib ki, Cəlilabad, Masallı və Biləsuvar respublikanın ən çox kənd təsərrüfatı məhsulu istehsal və emal edən rayonlarındandır. “Bu rayonlarda təkcə kənd təsərrüfatı məhsulları ilə yanaşı, bir sıra digər sənaye müəssisələri fəaliyyət göstərir. Biz onların üzləşdikləri çətinliklərdən xəbərdarıq. Ona görə də Milli Məclisdə təmsil olunmağa etimad göstərəcəyiniz təqdirdə Siz seçicilərin ən yüksək tribunalarda layiqli səsi olmağa və problemlərin həllinə var gücümlə çalışacam. Təmsil etdiyim dairənin problemlərinin həllini müvafiq dövlət qurumları qarşısında qaldırıb həllinə çalışacam. Hər bir seçiciyə qapımız açıq olacaq. Dairə ərazisində daimi fəaliyət göstərən qərargah yaradılacaq. İnsanlar problemlərini demək üçün harasa getməyəcək, məhz həmin qərargaha gələrək müraciətini edəcək və təqdim edilən müraciətlərə uyğun müvafiq tədbirlər görüləcək”- S.Kazımov qeyd edib.
S.Kazımov həmçinin bildirib ki, ölkə başçısının regionların sosial-iqtisadi inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması, işsizliyin aradan qaldırılması və əhalinin sosial həyat şəraitinin yaxşılaşmasına yönəlik digər Dövlət Proqramlarının uğurla icra olunması istiqamətində də bütün səyi ilə çalışacaq. “Bir gənc olaraq bütün imkan və bacarıqlarımə səfərbər edərək ölkə başçısının yürütdüyü siyasətin və həyata keçirdiyi islahatların uğurla nəticələnməsi istiqamətində fəaliyyət göstərəcəyəm. Dövlət başçısının gənclərə olan ümid və etimadını doğrultmağa çalışacağam. Prezident İlham Əliyevin əsas hədəfi Azərbaycan xalqının sosial firəvan həyat şəraitində yaşamasıdır və biz də bir gənc olaraq fəaliyyətimizi bu siyasətin həyata keçirilməsinə öz töhfəmizi verək”- S.Kazımov bildirib.
Deputatlığa namizəd Kazımov Səid Mirkazım oğlu 1982-ci ildə anadan olub. 1998-2002-ci ildə Azərbaycan Universitetinin Beynəlxalq Hüquq fakültəsini, 2004-2007-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultəsində ixtisasartımanı bitirib. Əmək fəaliyyətinə Nəqliyyat Nazirliyində 2004-2007-ci illərdə hüquqşünas kimi başlayıb. 2009-2011-ci illərdə Dövlət Əmlak Komitəsində, 2012-2020-ci ilədək Milli Elmlər Akademiyasının Azad Həməkarlar İttifaqında hüquqşünas kimi çalışıb.