Modern.az

Azərbaycanda donuzlar artıb, qoyunlar azalıb

Azərbaycanda donuzlar artıb, qoyunlar azalıb

Aktual

3 Fevral 2020, 09:59

Bütün təsərrüfat kateqoriyaları üzrə heyvanların və quşların sayı açıqlanıb.

 

Modern.az rəsmi göstəricilərə istinadən xəbər verir ki, 2020-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 8296,3 min baş qoyun və keçi, 2658,1 min baş iribuynuzlu mal-qara, o cümlədən 1281,2 min baş inək və camış mövcuddur.

 

Ötən il hər inək və camışdan orta hesabla 1636 kiloqram süd sağılıb. 2018-ci ildə bu rəqəm1589 kq olub.

 

Rəsmi məlumata görə, Azərbaycanda donuzların sayında 337 baş artım müşahidə olunub. Belə ki, 1 yanvar 2019-cu il vəziyyətinə ölkədə 5 485 baş donuz olduğu halda, 1 yanvar 2020-ci il vəziyyətinə 5 822 baş donuz mövcuddur.

 

2019-cu il yanvarın 1-nə nisbətən qoyun və keçilərin sayı 7,8 min baş (0,1 faiz), iribuynuzlu mal-qaranın sayı 0,7 min baş (0,03 faiz) azalıb, inək və camışların sayı isə 2,1 min baş (0,2 faiz) artıb. Qaramal naxırının 48,2 faizini inək və camışlar təşkil edir.

 

Həmçinin ötən il quşçuluq müəssisələrində diri çəkidə 67,2 min ton quş əti və 764,5 milyon ədəd yumurta istehsal olunub. Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 2019-cu il 1 yanvar vəziyyətinə görə, 12 257,0 min baş olub, 2020-ci il 1 yanvar vəziyyətinə görə, isə 14 068,1 min başdır. Hər yumurtlayan toyuqdan orta hesabla 201 ədəd yumurta alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı