Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha iki ölüm faktı qeydə alınıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Modern.az-a verilən məlumata görə, 1977-ci il təvəllüdlü, Şəki rayon sakini ağciyərlərin infiltrativ vərəmi dağılma mərhələsi, kəskin ağciyər ürək çatmazlığı diaqnozu ilə prekomatoz vəziyyətində 30 yanvar saat 21.45-də daxil olub. 3 fevral 07:30-da isə ölüb.
Digər xəstə, 1983-cü il təvəllüdlü Quba sakini17 yanvar tarixində reanimasiya şöbəsinə daxil olub:
“Xəstəyə ağciyərlərin səpələnmiş vərəmi, infiltrasiya mərhələsi, boyun limfa vəzilərinin vərəmi, xroniki böyrək çatmazlığı, böyrək transplantasiyasından sonraki vəziyyətlə daxil olub. 2 yanvar saat 05:10 dəqiqədə ağciyər və ürək çatışmazlığından ölüb”.