Modern.az

Bakıda 23 cinayətin üstü açıldı

Bakıda 23 cinayətin üstü açıldı

Aktual

6 Fevral 2020, 10:00

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də 23 cinayətin üstü açılıb. Onlardan 8 əvvəllki dövrlərdən bağlı olan cinayətlər olub.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 13 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

 

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı