Modern.az

Koronovirusla bağlı bütün zəruri vasitələr Azərbaycana gətirilib

Koronovirusla bağlı bütün zəruri vasitələr Azərbaycana gətirilib

Aktual

6 Fevral 2020, 16:50

Səhiyyə Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasda gündəlikdə duran bir sıra məsələlərə toxunulub.

 

Görüşdə Səhiyyə nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov, Sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri Viktor Qasımov, eləcə də İctimai Şuranın sədri Rüstəm Salayev, sədr müavini Ziba Nəbiyeva, şuranın katibi Taryel Eyvazov və şuranın üzvü Yeganə Sultanova iştirak ediblər.

 

İclası İctimai Şuranın sədri Rüstəm Salayev giriş sözü ilə açaraq il ərzində görülən işlər barədə məlumat verib. Sonra koronovirusa qarşı görülən tədbirlər barədə nazirliyin sektor müdiri Viktor Qasımov məlumat verib.

 

O, bildirib ki, bu sahədə zəruri olan bütün vasitələr ölkəmizə gətirilib və bütün hazırlıq işlərini görülüb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı