"8 saatlıq iş rejiminə riayət edilməsi üçün yaradılan monitorinq qrupu 2 səpkidə işləyəcək".
Moderm.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir qeyd edib ki, ilkin olaraq bu sahədə olan şikayətlərin, müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, işə götürənlərin məlumatlandırılması, müvafiq xəbərdarlıq edilməsi istiqamətində olacaq:
"İkinci mərhələdə iş yerlərində müvafiq səyyar yoxlamalar mərhələsinə başlanacaq. Hazırda təklifləri hazırlayırıq hökümətə təklif ediləcək və müvafiq qərardan sonra təmin ediləcək. Araşdırmalarımızın, monitorinqlərimizin biznes mühitinə mənfi təsir göstərməməsinə çalışırıq. Ona görə də ilk mərhələdə xərəbdarlıq, işçiyə və işəgötürənə hüquq və vəzifələri izah ediləcək. Xəbərdarlıqdan sonra işəgötürən tələblərə riayət etməsə müvafiq inzibati cərimə mexanizmi tətbiq olunacaq. Şikayətlərin dinamikasına uyğun olaraq hansısa sektorlar üzrə monitorinqlərdə daha çox fokuslaşma ola bilər".