Modern.az

Sahil Babayev: “3700 əsassız əlilliyə görə pensiya ləğv edilib”

Sahil Babayev: “3700 əsassız əlilliyə görə pensiya ləğv edilib”

Aktual

6 Fevral 2020, 18:35

“Ötən il əsassız ünvanlı yardım, pensiya, müavinət təyinatlarına rəvac vermiş əməkdaşlarımızla bağlı 31 halda hüquq-mühafizə orqanlarına müraciət etmişik”.

 

Modern.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib.

 

Nazir bildirib ki, onlar barədə cinayət işləri başlayıb.

 

S.Babayev qeyd edib ki, daxili nəzarət tədbirləri əsasında 25 milyon manat məbləğində vurulmuş ziyan dövlət büdcəsinə geri qaytarılıb.

 

Onun sözləribə görə, ötən il ərzində 11 minə yaxın vəfat etmiş şəxs, eləcə də 3700-dən artıq əsassız əlillik üzərindən pensiya alan şəxslər sistemdən kənarlaşdırılıb:

 

“3000-dən artıq ünvanlı yardım təyinatı ləğv edilib və onlara verilən ödənişlər dayandırılıb”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı