Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev övladlığagötürmə ilə bağlı alt sistemin işə düşməsinin gecikməsi səbəblərinə aydınlıq gətirib.
Modern.az xəbər verir ki, nazir hazırda aidiyyəti dövlət qurumlarına sistemin inteqrasiyasının aparıldığını deyib. Onun sözlərinə görə, sistemin test rejimində istifadənin yoxlanılması prosesi yekunlaşıb:
"Bir neçə qanunvericilik aktı var ki, onların təsdiqi gözlənilir. Hazırda "DOST"mərkəzləri tərəfindən təcili müraciətlərin kağız üzərində qəbulu aparılır. Yaxın günlərdə gözləntimiz odur ki, normativ hüquqi aktlar yekun şəkildə qəbul edildikdən sonra övladlığagötürmə alt sistemində müraciət bölməsi hazır olsun. Bunu da müxtəlif orqanların bazasına inteqrasiyası davam edəcək".
S.Babayev elektron alt sistemin ilin sonuna qədər mərhələlərlə tam şəkildə istifadəyə veriləcəyini deyib.