Modern.az

Könül Nurullayeva da ilk açıqlamasını Modern.az-a verdi: “Bundan sonra da çalışacağam”  

Könül Nurullayeva da ilk açıqlamasını Modern.az-a verdi: “Bundan sonra da çalışacağam”  

Aktual

10 Fevral 2020, 12:46

Mərkəzi Seçki Komissiyasının (MSK) elan etdiyi nəticələrə görə, 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 24 saylı Nizami Birinci Seçki Dairəsindən namizəd olan Könül  Nurullayeva 46.1% səslə qalib gəlib.

 

 Öz təşəbbüsü ilə seçkilərdə iştirak edən K. Nurullayeva Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəridir.

 

O seçkilərdəki qalibiyyəti ilə bağlı ilk təəssüratlarını Modern.az-la bölüşüb. 

 

K. Nurullayeva ona etimad göstərən bütün seçicilərinə təşəkkür edib:

 

“Çox böyük dəstək göstəridilər. Biz 22 gün çalışdıq, seçicilərin etimadını, dəstəyini qazanmağı hədəflədik. Onların dəstəyi olmasaydı bu gün qalib ola bilməzdim.

 

Bacardığım qədər kampaniyanın aktiv keçməsinə səy göstərdim, insanların bir-bir evlərinə getmişik. Tək-tək, kütləvi görüşlər keçirdik. Bu gün bütün çalışmamızın nəticəsini görürük.

 

Əminliklə deyə bilərəm ki, xalqımın etimadını doğrultmaq üçün bundan sonra da çalışacağam”.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!