Modern.az

Dövlət Agentliyindən sürücülərə XƏBƏRDARLIQ  

Dövlət Agentliyindən sürücülərə XƏBƏRDARLIQ  

Aktual

11 Fevral 2020, 10:00

Bakıya yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün hər hansı bir çətinlik yaratmayıb.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Modern.az-a verilən məlumata görə, agentliyin nəzarət etdiyi Bakı şəhərinin əsas küçə və prospektlərində, həmçinin şəhər ətrafı yollarda buz bağlama halı müşahidə olunmayıb.

 

Buna baxmayaraq buzlaşma ehtimalı ola biləcək ərazilərə ötən gündən etibarən xüsusi texnikalar çıxarılıb.

 

Bir daha sürücülərdən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meterioloji amilləri nəzərə almalarını xahiş edirik.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus əsgərləri Ermənistandan çıxır - Proses başladı